Qırmızı.az
Suriyalılarla türklər arasında qan düşdü: 2 yaralı
Türkiyənin Qazientep şəhərində suriyalı kirayənəşinin ev
sahibini öldürməsindən sonra gərginlik yaranıb.
ANS PRESS-in məlumatına görə, qətlə yetirilən şəxsin qohumları və
qaldığı məhəllənin sakinləri ətrafda olan suriyalılara məxsus
ticarət obyektlərinə hücum edərək 2 nəfəri yaralayıb.
Fiziki zorakılığa məruz qalmış həmin suriyalıların dünənki qətl
insidentinə heç bir aidiyyatı olmayıb. Hadisə yerinə gələn təcili
tibbi yardım işçiləri yaralıları yerli dövlət xəstəxanasına
aparıb.
Polis qüvvələri ərazidə gərginliyin daha da böyüməməsi üçün
gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirib. Gərginliyin
yaranmasına Qazientep şəhərində dünən baş vermiş dəhşətli qətl
hadisəsi yol açıb.
Ünaldı məhəlləsinə qeydiyyatda olan Hıdır Çalar, suriyalı
kirayənəşinlərindən evini boşaltmağı tələb etməsi ilə tərəflər
arasında mübahisə yaranıb. Dava düşüncə 6 suriyalı ev sahibini
təkləyərək, ona 40-a yaxın bıçaq zərbəsi endirib.
Qeyd edək ki, son vaxtlar Türkiyənin müxtəlif əyalətlərində
sığınacaq tapan suriyalılarla yerli sakinlər arasında gərginlik
hökm sürür.
Yerli sakinlər suriyalıların özlərini nalayiq apardığını,
qadın-qıza sataşdığını iddia edir.
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi