Boş qalan yerlərə ixtisas seçimi bu gün başa çatır
Bizi izləyin

Qırmızı.az

Boş qalan yerlərə ixtisas seçimi bu gün başa çatır

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi 13 avqust saat 23:59-da başa çatır. Bu barədə Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.


İxtisas seçimini yekunlaşdırmayan abituriyentlər göstərilən vaxta qədər bu işi başa çatdırmalıdırlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.


Bu gün saat 10:00-a olan məlumata görə, 8507 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm