Ombudsman Aparatı BQXC-nin müraciətini araşdırıb
Bizi izləyin

Qırmızı.az

Ombudsman Aparatı BQXC-nin müraciətini araşdırıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən Milli Preventiv Qrupun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində və 17 saylı Cəzaçəkmə Müəssisəsində başçəkmə həyata keçiriblər.


Ombudsman Aparatından Publika.az-a bildiriblər ki, başçəkmədə məqsəd məhkumlardan və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Bakı ofisinin nümayəndələri tərəfindən Ombudsmana ünvanlanmış müraciətlərin araşdırılması olub.


Müraciəti ilə əlaqədar Müalicə Müəssisəsində fərdi qaydada qəbul edilən məhkum H.T.Ş. oğlu müalicəsinin gedişindən narazılığını bildirib. Lakin MPQ üzvləri tərəfindən psixiatriya şöbəsində müalicə olunan həmin məhkumun tibbi sənədləri ilə tanışlıq, onun müalicə həkimi, həmçinin müəssisənin baş həkimi ilə aparılan söhbət, eyni zamanda, müəssisənin Baş həkiminin təşəbbüsü ilə MPQ-nin həkim üzvünün də iştirakı ilə aparılan hərtərəfli təkrar müayinələrindən sonra (USİ, rentgenoloji, elektrokardioqrafiya) onun müalicəsinin tibbi göstərişlərə uyğun aparıldığı müəyyən edilib.


MPQ üzvləri tərəfindən həmin gün daha sonra 17 saylı CÇM-də 16 nəfər məhkumla, o cümlədən Hilal Məmmədovla görüşülmüş, onların hər biri ilə konfidensial söhbət aparılıb.


Qəbul edilmiş şəxslərlə fərdi qaydada aparılan söhbət zamanı saxlanılma şəraiti və rəftarla bağlı şikayət daxil olmayıb.


Həmin məhkumlara hüquqi məsləhətlər verilmiş, Ombudsmanın səlahiyyətləri izah edilib. Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərinə müvafiq tövsiyələr verilib.


Həmçinin 17 saylı CÇM-də məhkumların istirahəti üçün idman meydançasının, idman zalının, asudə vaxt mərkəzinin artıq yekunlaşmaq üzrə olan tikintisi MPQ üzvləri tərəfindən müsbət dəyərləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm