Oğuzda meşə yanıb
Bizi izləyin

Qırmızı.az

Oğuzda meşə yanıb

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, avqustun 13-də səhər saatlarında Oğuz rayonu, Xaçmaz kəndində meşə təsərrüfatına məxsus ərazidə 5 ha sahədə qurumuş ağaclar, ağac budaqları və kol-kos yanıb.

Publika.az xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 50 nəfər yanğınsöndürəni, 4 ədəd yanğın avtomobili və 30 nəfər meşə təsərrüfatının işçiləri cəlb olunub. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub və yanğının ətraf ərazilərə keçməsinə imkan verilməyib. Yanğınsöndürənlərin səyi nəticəsində saat 06:52 radələrində yanğının qarşısı alınıb. Yanğın zamanı xəsarət alanın olmadığı bildirilir.

Hikmət Kərimoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm