Nazirlik Xəzərin sahilində təmizlik işləri aparıb
Bizi izləyin

Qırmızı.az

Nazirlik Xəzərin sahilində təmizlik işləri aparıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin problemlərinə və mühafizəsinə dair ictimaiyyətin məlumatlılığını artırmaq məqsədilə“Xəzər günü” çərçivəsində sahilboyu ərazilərdə təmizləmə işləri aparılıb.Bu barədə Publika.az-a ETSN-nin mətbuat xidmətindən məlumat verilib.

Müvafiq dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, o cümlədən gənclərin iştirakı ilə Xəzərin ekoloji problemləri, görülən işlər və ictimaiyyətin Xəzər dənizinin mühafizəsi prosesinə cəlb edilməsi mexanizminin müzakirəsi məqsədilə Nazirlikdə görüş baş tutub.

Tədbir iştirakçıları və ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Xəzər dənizinin ətraf mühitinin mühafizəsi məqsədi ilə yaradılmış "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi"nə aid olan və Novxanı qəsəbəsinin sahilboyu zolağında quraşdırılmış modul tipli təmizləyici qurğunun iş fəaliyyəti ilə tanış olub.

Qeyd olunanlarla yanaşı, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək məqsədilə Novxanı çimərliyinin sahilboyu zonasında təmizlik aksiyası keçirilib. Qeyd edək ki, təmizlik aksiyası zamanı 2 hektar ərazi tullantılardan təmizlənmiş və toplanmış tullantıların utilizasiyası həyata keçirilib.

Xatırladaq ki, “Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi sahəsində qüvvələrin səfərbər edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir. “Xəzər günü” 2007-ci ildən qeyd edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm