QMİ: “Ebola ilə bağlı zəvvarlara hələ ki təlimat verilməyib”
Bizi izləyin

Qırmızı.az

QMİ: “Ebola ilə bağlı zəvvarlara hələ ki təlimat verilməyib”

"Hər il olduğu kimi, bu il də zəvvarlarımıza təhlükələr, peyvəndlər barədə məlumat veririk. Lakin Ebola virusu ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən bizə rəsmi məktub daxil olmayıb. Buna görə də hələ ki zəvvarlarımıza bu virus barədə təlimatlar verilməyib".

Bu sözləri Publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

R.Dadaşovanın sözlərinə görə, həcc ziyarətinin təşkilatçısı olaraq zəvvarlarımızın tibbi təhlükəsizliyi QMİ-nin diqqətindədir.

“Lakin bu gün QMİ tərəfindən heç bir məlumat yayılmayıb. Bir müddət əvvəl Səudiyyə Ərəbistanın virusun yayıldığı ölkələrdən gələcək zəvvarlara məhdudiyyət qoyulması ilə bağlı məlumat verilmişdi. Ola bilər ki, bu məsələyə görə Səudiyyə Ərəbistanı höküməti hələ ki rəsmi məktub göndərmir. Bu barədə rəsmi məktub göndərildiyi halda zəvvarlarımız məlumatlandırılacaq. Hələ zəvvarların getməyinə müəyyən qədər vaxt var”.

Xatırladaq ki, bir neçə aydır Qərbi Afrika ölkələrində Ebola virusu yayılıb. Bu virusa yoluxanların və ölənlərin sayı durmadan artır. Virusun peyvəndi və müalicəsi yoxdur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm