• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Hərbi hava Qüvvələrimiz TƏLİMDƏ

Hərbi hava Qüvvələrimiz TƏLİMDƏ

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun imzaladığı 2014-cü ilin döyüş hazırlığı planına əsasən, avqustun 13-də Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının təlimləri başlayıb.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, təlimlər zamanı qoşunların yüksək döyüş hazırlığı dərəcəsinə gətirilməsi, mühüm dövlət və hərbi obyektlərin, quru qoşunları qruplaşmalarının hücumda və müdafiədə mühafizəsi üzrə hava hücumundan müdafiə qoşunlarının fəaliyyəti və digər məsələlər məşq etdiriləcəkdir.

Təlimlərdə həmçinin aeorodinamik, eləcə də qanadlı və ballistik raketləri imitasiya edən təlim hədəflərinə döyüş atışları həyata keçiriləcəkdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR