• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

74 yaşlı kişi arvadını deyingən olduğu üçün öldürdü

74 yaşlı kişi arvadını deyingən olduğu üçün öldürdü

Xəzər rayonu, Binə qəsəbəsində kişi arvadını bıçaqlayaraq qətlə yetirib. Hadisənin maraqlı səbəbləri ortaya çıxıb.

Xəzər Rayon Prokurorluğundan Publika.az-a bildirilib ki, 74 yaşlı Layiq Axundov Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinə zəng edərək naməlum şəxsin onun mənzilinə basqın etdiyini, həyat yoldaşı, 67 yaşlı Lətifə Axundovanı çoxsaylı bıçaq zərbələri ilə öldürdüyünü, özünü isə yaraladığını bildirb.

Hadisə yerinə gələn polis əməkdaşları evdə araşdirmalara başlayıb və ev sahibi Layiq Axundovun yalan ifadə verdiyini müəyyən edib. Məlum olub ki, L.Axunov həyat yoldaşını elə özü öldürüb.

O, istintaqa ifadəsində əməlini etiraf edib. Həyat yoldaşının deyingənliyindən bezdiyinə görə onu öldürdüyünü bildirdib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR