Bakıda «Piyada podiumu» - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda «Piyada podiumu» - VİDEO

"Fırfıra» ictimai hərəkatı «Piyada podiumu» adlı moda nümayişi keçirib.

Bu barədə Teleqraf.com-a «Fırfıra»dan məlumat veriblər. Məlumatda bildirilir ki, «Piyada podiumu»nda peşəkar modellər iştirak edib. Nümayiş şəhərin müxtəlif yerlərindəki piyada keçidlərində edilib.

Hərəkatdan bildiriblər ki, belə bir aksiyanın keçirilməsində məqsəd piyadaların və sürücülərin diqqətini yol hərəkət qaydalarına cəlb etməkdir. Moda nümayişi «Piyada keçidindən keçmək üçün kifayət qədər vaxtımız var!» sloqanı ilə gerçəkləşdirilib.

«Fırfıra» ictimai hərəkatı bundan əvvəl cəmiyyətdəki sosial, ictimai hadisələrə diqqət çəkmək üçün bir neçə videolayihələr edib. Bu hərəkat 2014-cü ildə yaradılıb.

Təsisçilərin dediyinə görə, «Fırfıra» hərəkatının əsas hədəfi cəmiyyətdə mövcud olan sosial problemlərin təbliğatı və sağlam ictimai mühit formalaşdırmaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm