Sumqayıtda fırıldaqçı qadın kassiri belə aldatdı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda fırıldaqçı qadın kassiri belə aldatdı - VİDEO

FaktXəbər-ə analoqu olmayan oğurluq hadisəsinin görüntüsü eksklüziv olaraq daxil olub. Müşahidə kamerasından görünür ki, ötən gün Sumqayıt şəhəri 8-ci mikrorayondakı uşaq mağazasından alış-veriş edən qadın aldığı malların pulunu ödəmək adı ilə kassaya yaxınlaşır. Ödəyəcəyi məbləği öyrənir ki, 22 manat verməlidir və kassirə tərəf 100 manat uzadır. Kassir pulu götürmək istəyən zaman qadın satıcını suala tutur və ona barmağı ilə digər məhsulları göstərərək fikrini yayındırır. Verəcəyi 100 manatı isə pul qabına qoyub ona iki manat uzadır ki, kassir ona bütöv olaraq 80 manat versin. Fırıldaqçı bu qadın soyuqqanlı şəkildə 80 manatı alır, kassirin isə başı qarışdığından pulu alıb-almadığını unudur. Filmlərdəki kimi peşəkarcasına kassiri aldadan bu qadın heç nə olmamış kimi mağazanı tərk edir.

Təhlükəsizlik kamerasının qeydə aldığı görüntünü təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm