Nadir xəstəlik: 8 yaşlı Şəhriyarın həyatı sizin əlinizdədir
Bizi izləyin

Qırmızı.az

Nadir xəstəlik: 8 yaşlı Şəhriyarın həyatı sizin əlinizdədir

Ölkəmizdə ilk dəfə aşkarlanan "NEMMAN-PİK" xəstəliyindən əziyyət çəkən 8 yaşlı Kərimov Şəhriyar Natiq oğlunun köməyə ehtiyacı var.

Axar.az-a müraciət edən ailə balaca oğlanlarının yaşaması üçün yardım istəyir.

Ş.Kərimov bu gün dünyada sayı təxminən 500, ölkəmizdə isə ilk dəfə aşkarlanan "NEMMAN-PİK" xəstəliyinin ilk daşıyıcısıdır. Ailə 8 yaşlı Şəhriyarın müalicəsi üçün dəfələrlə lazımi orqanlara müraciət etsə də, heç bir nəticə əldə olunmayıb.

Balacanın anası bildirir ki, Şəhriyarın ilk narahatçılığı zamanı həkimə müraciət ediblər. Lakin müayinə zamanı yanlış diaqnoz qoyulması səbəbindən Şəhriyarda "ilik parçalanması", ciddi zəhərlənmə aşkar olunub.

Ana qeyd edir ki, həkimlərin səhv diaqnozundan sonra uşağın vəziyyəti daha da pisləşib:

“2011-ci il tarixində oğlum Şəhriyar xəstələndi. Sahə həkiminin yanına apardıq. Sahə həkimi düzgün diaqnoz qoymadan uşağa 4 gün ərzində 8 ampula antibiotik vurdu. Şəhriyarın vəziyyəti daha da pisləşdikdə onu Qan İnstitutuna - Himatologiyaya apardıq. Orada bir neçə analiz götürülməsinə baxmayaraq, uşağın problemini tapa bilmədilər. Bildirdilər ki, dəqiq diaqnoz qoymaq üçün uşağın sinə sümüyündən ilik götürüb bio-kimya etmək lazımdır. Bu analizdən sonra Şəhriyarda "NEMMAN-PİK" hüceyrələri aşkar olundu. Oğlumu Tehrana - Əli Əsgər xəstəxanasına apardıq. Bütün analizlərini verdik və belindən bio-kimya etdikdən sonra orada da iliyində "NEMMAN-PİK" hüceyrəsi aşkar olundu.

Vəziyyəti günü gündən ağırlaşan 8 yaşlı Şəhriyarın Almaniya, Şotlandiya kimi Avropa ölkələrində müalicəsi mümkündür.

Ailə imkanı olanlardan 8 yaşlı oğlanlarının yaşaması üçün kömək istəyir. Əlaqə saxlamaq istəyənlər (051) 960 78 93 nömrəsinə zəng edə bilərlər.

Yardım etmək üçün bank hesabı da var:

Rekvizit “Kapital Bank” ASC 2saylı Yasamal filialı

Kod-200048 VÖEN – 9900003611 M/hesabı: AZ37NABZ01350100000000001944 SWİFT Code : BIKAİİBAZ2X

ALIYEVA SHAHLA H/hesabı AZ64AIIB45810019443400005104

Müştərinin kart hesab nömrəsi 6278380102

Oxumağa davam et
Reklam
Reklam

Gündəm