12 yaşlı uşaq dənizdə batdı
Bizi izləyin

Qırmızı.az

12 yaşlı uşaq dənizdə batdı

Lənkəranda 12 yaşlı uşaq dənizdə batıb.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə bu gün axşam radələrində baş verib.

Masallı rayon sakini, 12 yaşlı Elşən Akif oğlu Abdullayev Lənkəran şəhərinin “Dəhnə” deyilən ərazisində, dənizin nəzarət olunmayan hissəsində çimərkən boğulub.

Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqəsinin xilasedicilərinin və yaxınlıqdakı şəxslərin birgə səyləri ilə Elşən Abdullayevin cəsədi batdığı yerdən 150 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm