KİVDF - Müsahidə Şurasının iclası keçirilib
Bizi izləyin

Qırmızı.az

KİVDF - Müsahidə Şurasının iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

30 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitə¬lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadənin rəhbərliyi ilə keçirilən iclasın gündəliyinə 3 məsələ daxil edilib:

- 2013-cü ildə Fondun fəaliyyəti haqqında yekun hesabat

- 2014-cü ildə Fondun tədbirlər planının təsdiqi

-2014-cü il üçün Fondun Ekspertlərinin tərkibinin təsdiqi

Gündəliyə uyğun olaraq, “Fondun 2013-cü il üzrə fəaliyyəti barədə yekun hesabat”ını Fondun icraçı direktoru Vüqar Səfərli təqdim edib. 2013-cü ildə görülən işlər və sərf olunmuş maliyyə vəsaiti barədə məlumat verən Vüqar Səfərli Müşahidə Şurası üzvlərinin mövzu ətrafında suallarını cavablandırıb. Bundan sonra Şura üzvləri çıxış edərək hesabat və ümumilikdə 2013-cü ildə görülmüş işlər barədə fikirlərini səsləndiriblər. Şura üzvlərindən Əflatun Amaşov, Rəşad Məcid, Müşfiq Ələsgərli, İntiqam Hümbətov Fondun 2013-cü il üzrə fəaliyyətini yüksək qiymətləndirib, hesabatın qəbul edilməsini məqbul sayıblar. Hesabat yekdilliklə qəbul edilib.

Gündəlikdə yer alan növbəti məsələ “2014-cü il üzrə Fondun Tədbirlər Planı” olub. “2014-cü il üzrə Fondun Tədbirlər Planı” layihəsi ilə tanış olan Şura üzvləri layihəyə əlavə və təkliflərini bildiriblər. Şura üzvlərindən Bəxtiyar Sadıqov, Müşfiq Ələsgərli çıxış edərək “2014-cü il üzrə Fondun Tədbirlər Planı” layihəsinin ümumilikdə qənaətbəxş olduğunu, bəzi texniki xarakterli düzəlişlərlə qəbul edilməsinin mümkünlüyünü bildirdilər. Təklif və rəylər qeydə alınmaqla, 2014-cü il üçün tərtib edilib Tədbirlər Planı Şura üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Bundan sonra 2013-cü il ərzində həyata keçiriləcək layihə və müsabiqələrə təqdim olunacaq yazıların qiymətləndirilməsi üçün “Fondun ekspertlərinin tərkibi”nə baxılıb. Ekspertlər siyahısı da Şura üzvləri tərəfindən, baxılmış və təsdiq edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm