Çayda boğulan oğlan tapıldı
Bizi izləyin

Qırmızı.az

Çayda boğulan oğlan tapıldı

İki gün öncə çayda boğulan 34 yaşlı oğlanın meyiti tapılıb.

ANS PRESS-in məlumatına görə, hadisə Sabirabad rayonunda baş verib.

12 avqust 2014-cü il tarixində Kür çayının Sabirabad rayonu Ulacalı kəndi ərazisindən keçən hissəsində batmış 1980-ci il təvəllüdlü Səfərov Rəşad Nəriman oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, R.Səfərovun cəsədi batdığı yerdən 100 metr aralıda (ən yaxın xilasetmə məntəqəsindən təxminən 23 km aralı, nəzarət olunmayan ərazidə) “Cənub” dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 02:00-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm