Bakıda avtobus qəzası: ölən var
Bizi izləyin

Qırmızı.az

Bakıda avtobus qəzası: ölən var

Bu gün səhər saatlarında Heydər Əliyev prospektində, Aeroport yolunda üzü şəhər istiqamətində hərəkət edən sərnişin avtobusu, ”Koroğlu” metrostansiyasına çatmamış tikilməkdə olan Olimpiya kompleksini əhatə edən dəmir hasara çırpılıb.

ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hazırda hadisə yerinə Baş Dövlət Yol Polisi idarəsinin əməkdaşları cəlb olunub.

Şəhər Yol Polisi idarəsindən ANS PRESS-ə verilən məlumata görə, “İsuzu” markalı sərnişin avtobusu sürücüsü idarəetməni itirərək yüksək sürətlə Olimpiya kompleksini əhatə edən dəmir hasara çırpılıb. Qəza nəticəsində 1 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb. Ölənin sərnişin və ya sürücü olması ilə bağlı məlumat yoxdur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, baş verən qəza Heydər Əliyev prospektində Sabunçu körpüsündən "Koroğlu" metrosunadək uzanan tıxaca səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm