Bakıda avtobus aşdı, ölənlər və yaralananlar var - FOTOLAR (YENİLƏNİB - 2)
Bizi izləyin

Qırmızı.az

Bakıda avtobus aşdı, ölənlər və yaralananlar var - FOTOLAR (YENİLƏNİB - 2)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda “İsuzu” markalı avtobus idarəetməni itirərək yol kənarındakı dəmir profillərə çırpılıb.

FHN-dən Publika.az-a verilən məlumata görə, nəticədə, avtobus deformasiyaya uğrayıb, sürücü 1983-cü il təvəllüdlü Kərimov Haqverdi Muxtar oğlu hadisə yerində keçinib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə H.M. Kərimovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib, habelə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 08:01-də başa çatıb.

10:35

Səhər saatlarında Olimpiya Stadionunun qarşısında 48 saylı “İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində xəsarət alan 10 nəfərin adları açıqlanıb. 3 saylı Şəhər Xəstəxanasından Publika.az-a verilən xəbərə görə, xəstəxanaya ümumilikdə 7 yaralı daxil olub. Onlardan biri reanimasiya şöbəsinə götürülərkən ölüb. Digər yaralılar isə 17 yaşlı Cəmilə Şükürlü, 19 yaşlı Fuad Kazımov, 21 yaşlı Ayşən Eminova, 27 yaşlı Roman Hacıyev, 43 yaşlı İlahə Babayeva, 52 yaşlı Dilarə Alagözovadır. Adları qeyd olunan yaralılardan ikisi reanimasiyadadır, ikisi müalicə şöbəsində müalicə olunur. İkisi artıq evə buraxılıb. Yaralıların vəziyyəti ağır stabildir.

Qeyd edək ki, qəza zamanı idarəetməni itirərək avtobusu aşıran sürücü 31 yaşlı Haqverdi Kərimov hadisə yerində keçinib.

Qəza zamanı şəhər istiqamətinə hərəkət edən avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

Simnarə

09:36

Bu gün səhər saatlarında 148 saylı marşrut xətti üzrə hərəkət edən avtobus aşıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ şöbəsindən Publika.az-a məlumatına görə, hadisə nəticəsində ölən və yaralananlar var.

Hadisə nəticəsində avtobusun sürücüsü ölüb və iki nəfər yaralanıb. Yaralılar döş qəfəsinin travması ilə xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, yaralıların sayı daha çox olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm