Boş qalan yerlərə sənəd verənlərin sayı açıqlandı
Bizi izləyin

Qırmızı.az

Boş qalan yerlərə sənəd verənlərin sayı açıqlandı

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, 9156 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.

İxtisas seçiminin nəticələrinin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur. Nəticələrin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın facebook səhifəsində veriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm