Cəlilabadda güclü meşə yanğını olub
Bizi izləyin

Qırmızı.az

Cəlilabadda güclü meşə yanğını olub

Avqustun 13-dən 14-nə keçən gecə Cəlilabad rayon, Bəcirəvan kəndində (rayon mərkəzindən 15 km aralı) Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə məxsus ərazidə 8 ha sahədə meşə zolağı, qurumuş ağaclar, kötüklər və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin 6 ədəd yanğınsöndürmə avtomobili, 73 nəfər yanğınsöndürənlər və 40 nəfər meşə təsərrüfatı işçiləri cəlb olunub. FHN-nin Yanğından Mühafizə xidmətinin səyi nəticəsində yanğın lokallaşdırılıb və onun digər ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğın saat 23:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

Hikmət Kərimoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm