Faiq Ağayev dostu ilə birlikdə mənzildən pul oğurladı
Bizi izləyin

Qırmızı.az

Faiq Ağayev dostu ilə birlikdə mənzildən pul oğurladı

Bakıda mənzildən külli miqdarda pul oğurlayan şəxslər tutulub. Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsindən Publika.az-a verilən məlumata görə, Bakı şəhər sakinləri, 21 yaşlı Faiq Ağayev və 26 yaşlı Oqtay Tahirov mənzildən külli miqdarda pul oğurlayıb. Onlar tanışları Tahir Fərəcovun evindən açar seçmə yolu ilə 7 min manat pulu oğurladıqdan sonra aralarında bölüblər. Lakin tutulandan sonra pulların bir hissəsi istintaqa təqdim olunub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində dostlar barəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm