Sabah 40 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah 40 dərəcə isti olacaq

Bu gündən artıq Bakıda şimal küləyi mülayimləşir, sabahdan isə cənub küləyi əsəcək. Yaxın günlər ərzində isə hələ isti hava şəraitinin davam edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a bildirib ki, Bakıda və Abşeron yarımadasında avqustun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Cənub küləyi əsəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24-27, gündüz 33-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarda sabah hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 12-17, 24-29 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm