• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şəmkirdə ana oğlunun qatilinin evini yandırdı

Şəmkirdə ana oğlunun qatilinin evini yandırdı

Ötən gün axşam saatlarında Şəmkirin Sabirkənd kəndində qətl hadisəsi baş verib.

Kəpəz TV-nin verdiyi məlumata görə, kənd sakini, 22 yaşlı Vüqar Əliyev şəxsi münasibətlər zəmnində Zəyəm qəsəbə sakini, 20 yaşlı Pərvin Tanrıverdiyevi bıçaqlayıb. P.Tanrıverdiyev aldığı bıçaq zərbəsindən sonra hadisə yerindəcə dünyasını dəyişib.

Vəziyyətdən xəbər tutan Pərvinin anası Səba Tanrıverdiyeva Vüqar Əliyevin yaşadığı ünvana gələrək həmin mənzili yandırıb. Hadisə nəticəsində ümumi sahəsi 169 kvadratmetr olan evin yanar konstruksuyiları külə dönüb.

Yanğınsöndürənlərin köməkliyi ilə alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Qətli törədən Vüqar Əliyev və mənzili yandırmaqda şübhəli bilinən Səba Tanrıverdiyeva polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR