Ürək-damar xəstəlikləri cavanlaşır
Bizi izləyin

Qırmızı.az

Ürək-damar xəstəlikləri cavanlaşır

"Ürək-damar xəstələrinin sayında artım və cavanlaşma müşahidə edilir. Əvvəllər infakt 60-65 yaşda müşahidə edilirdisə, indi 30-a enib. 20-30 il əvvəl bu yaşlarda miokad-infakt, ürəyin işemiyası nadir tapıntı idi. İndi hər üç xəstədən biri cavandır. Əsas problemlərdən biri də müraciətlərin ağır formada olmasıdır".

Bu sözləri Publika.az-a açıqlamasında Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Adil Baxşəliyev deyib.

Onun sözlərinə görə, bu barədə dəqiq tədqiqat aparılmasa da, müraciətlərə əsasən, bu fikirləri deyə bilərik.

“Xəstəliklərin sayında orta hesabla 3-5 faiz artım qeydə alınır. Ürəyin işemiyası, hipertoniya xəstəliyi daha çox yayılıb. Miokard-infakt üzrə kişilər, hipertoniya üzrə qadınlarda daha çox artım qeydə alınır. Bura şəkər xəstəliyi də əlavə ediləndə onun müalicəsi çətin olur. Çünki şəkərli diabet bütün xırda və böyük damarları zədələyir, bu da ürək-damar xəstəliklərini ağırlaşdırır”.

A.Baxşəliyevin sözlərinə görə, xəstəlik önü vəziyyətlərin vaxtında aşkar edilməsi üçün skrininq keçirilməlidir. Yəni şikayəti olmayan xəstələr belə əvvəldən müayinədən keçməlidirlər. Bu zaman nə qədər əhalinin risk altında olması müəyyən edilə bilər.

“Təəssüf ki, xalqımız səhhətinə qarşı biganədir. Onlar dərmanlardan əlavə müalicə üsullarından xəbərsizdirlər. Bunun üçün ekoloji təmiz yerdə gəzməlidirlər. Təəssüf ki, bu imkanlardan məhrumuq. Avtomobillərin sayının artması da xəstəliklərin artma səbəbi hesab edilir”.

Kardioloq qidalanmaya fikir vermək və stressdən uzaq olmaqla ürək xəstəliyinin yaşını artırmağın mümkün olduğunu deyir:

“Xaricdən gətirilən keyfiyyətsiz məhsullardan mümkün qədər az istifadə etmək lazımdır. İnsanlar stressdən, mənfi emosiyalardan uzaq olmalı, yumor hissələri artmalıdır. İstirahətə yer ayırmalıdır. İmkan tapdıqca açıq havada, yaşıllıqlarla zəngin yerlərdə olmalıdır. Qidalanmaya xüsusi fikir verməlidirlər. Yağlı qidalardan bacardıqları qədər uzaq qalmalıdırlar. Yağlı qida yeyildikdən sonra piyada gəzmək lazımdır. Uzun müddət oturaq həyat tərzi keçirmək də xəstəliklərdə artımın əsas səbəblərindədir. Hər 3 kiloqram artıq bədən çəkisi, insan ömrünü bir neçə ay azaldır”.

A.Baxşəliyev çəkinin birdən-birə atılmasının da ziyan olduğunu deyir:

“Arıqlayarkən tərkibində karbohidrat olan un,şəkərli qidalardan uzaq qalmaq məsləhət görülür, həftənin bir günü alma, xiyar yeyilməlidir. Axşam saat 20:00-dan sonra yalnız bir alma, ya da başqa bir meyvə yeyilə bilər. Biz isə əksinə, axşam saatlarında daha çox yeyirik. Qidalanma, istirahətlə yanaşı 45-50 yaşdan sonra hər kəs ildə bir dəfə elektrokardeoqrama çəkdirməlidir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm