Məhbusa xurmanın içində narkotik keçirmək istədi
Bizi izləyin

Qırmızı.az

Məhbusa xurmanın içində narkotik keçirmək istədi

3 saylı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Publika.az Penitensiar xidmətin saytına istindən xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan həbs edilmiş şəxs Teymur Ağaverdi oğlu Dadaşova qohumu vətəndaş Yaşar Zahid oğlu Hüseynovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı xurmanın içərisində sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 1.523 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm