• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nizamnaməsi təsdiq edildi

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nizamnaməsi təsdiq edildi

Nazirlər Kabineti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Nizamnaməsini və strukturunu təsdiq edib.

Publika.az xəbər verir ki, bu barədə müvafiq qərar Nazirlər Kabinetinin rəsmi saytında dərc olunub.

Nizamnaməyə əsasən, QSC-nin bütün səhmləri dövlətə məxsusdur.

Cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, 5, nizamnamə kapitalı isə 383 420 621 manatdır (hər birinin nominal dəyəri 1 manat olan 383 420 621 səhm).

Qurumun strukturuna QSC-nin tərkibinə daxil olan aparatlar, törəmə müəssisələr, hüquqi şəxslər, həmçinin filial və bölmələri daxildir.

QSC-nin törəmə müəssisələri Azərbaycan Dövlət Dəniz Akademiyası, "Dənizçi" yardımçı kənd təsərrüfatı müəssisəsi və Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi Tədqiqat İnstitutudur.

QSC-nin tabeliyindəki hüquqi şəxs statusuna malik olmayan təşkilatlar: Dəniz Nəqliyyat Donanması, Xəzər Dəniz Neft Donanması, "Bibiheybət" Gəmi Təmiri Zavodu, "Zığ" Gəmi Təmiri Zavodu, İstehsalat Xidmətləri İdarəsi və Sosial İnkişaf İdarəsi.

QSC-nin strukturuna, Türkiyə, Rusiya, Qazaxıstan, İran, Türkmənistan və Ukraynadakı nümayəndəlikləri də daxildir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR