Arvadı erməni olan azərbaycanlı İrəvandan sığınacaq istədi?
Bizi izləyin

Qırmızı.az

Arvadı erməni olan azərbaycanlı İrəvandan sığınacaq istədi?

Ermənistan Milli Təhlükəsizlik Agentliyi bir azərbaycanlı ailənin bu ölkəyə siyasi sığınacaq üçün müraciət etməsi barədə xəbər yayıb.

Ermənistan Milli Təhlükəsizlik Agentliyi bir azərbaycanlı ailənin bu ölkəyə siyasi sığınacaq üçün müraciət etməsi barədə xəbər yayıb.

“Armenia Today” saytının verdiyi məlumata görə, yanvarın 29-da Ermənistan-Gürcüstan sərhəddindəki Baqrataşen nəzarət-buraxılış məntəqəsində Bakı sakini 38 yaşlı Cavid Orucov adlı şəxs, xanımı və həddi-buluq yaşına çatmamış 3 övladına siyasi sığınacaq verilməsi üçün bu cür müraciətlə çıxış edib.

Ailə bu addımını ölkədə təqibə məruz qalması ilə əsaslandırıb. Təqiblər isə onun erməni əsilli Bakı sakini 31 yaşlı Röya Mirzoyeva adılı xanımla ailə qurmasından sonra başlayıb. Ermənistan KİV-lərinin məlumatına görə, Orucovun bir qədər əvvəl Avropa ölkələrinə siyasi sığınacaq barədə müraciəti uğursuz olub. Azərbaycan tərəfi hələ bu məsələyə münasibət bildirməyib. /Anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm