Qırmızı.az
Dövlət Komissiyası qapalı iclas keçirdi
Avqustun 14-də Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının aidiyyəti orqanların məsul şəxslərinin iştirakı ilə qapalı iclası keçirilib.
Dövlət Komissiyasından AzərTAc-a bildiriblər ki, iclasda cari il iyulun 11-də Gürcüstan Daxili İşlər Nazirliyinin ölkədə külli miqdarda (2800 litrə yaxın yuyucu maddədə həll edilmiş 588 kiloqram 885 qram heroin, 11 kiloqram 759 qram morfin və 2 kiloqram 201 qram kodein) narkotik maddənin saxlanılması və Azərbaycan Respublikası ərazisindən tranzit olaraq keçməsi barədə ilkin məlumat üzrə aidiyyəti orqanlar tərəfindən aparılan araşdırmanın nəticələri müzakirə edilib.
İclasda araşdırmanın davam etdirilməsi, görülən işlər barədə Dövlət Komissiyasının mütəmadi olaraq məlumatlandırılması barədə müvafiq tapşırıqlar verilib. Qeyd edilib ki, bu məsələ Azərbaycan Respublikası Prezidentinin gündəlik nəzarətindədir.
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO