• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Şuşasız şuşalıların Bakıdakı qəbiristanlığı - FOTOLAR

Şuşasız şuşalıların Bakıdakı qəbiristanlığı - FOTOLAR
Şuşada doğulub, Şuşada böyüyüb, Bakıda ölənlər. Sağ olanda Şuşanın, Şuşasızlığın dərdini çəkən bu insanlar Şuşasız ölümləri ilə özləri də dərdə çevrildilər. Görənlərin, bilənlərin, eşidənlərin dərdinə. Bəlkə də doğma Şuşalarını tərk edəndə bu ayrılığın müvəqqəti olacağını düşünüblər, tezliklə geri dönəcəklərinə inanıblar, amma olmadı. Bu inamları əvvəl həsrətə, sonra dərdə, ən sonda isə başdaşına döndü...

Şuşa Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğal edilib. Kimsə düşünə bilər ki, axı Şuşanın işğalının ildönümü keçib və ya yeni ildönümünə hələ var, bəs onda bu fotolar nədir? Bilmirəm...

Son vaxtlar cəbhədə baş verənlər, gülləbaran edilən kəndlər, sosial şəbəkələrdə torpaqlarımızın düşməndən “alınması”, şəhid olan əsgərlər, anaların fəryadı, nəticəsiz Soçi danışıqları...

Fotoaparatımı da götürüb üz tutdum şuşalıların Bakıdakı, daha dəqiq desəm, Pirşağıdakı qəbiristanlığına.

Deyə bilərsiniz ki, niyə Şuşaya yox, şuşalıların Bakıdakı qəbiristanlığına?

Məncə, bizlərin hələ ki Şuşa tərəfə yox, şuşalıların Bakıdakı qəbiristanlığına getməyimiz bizim bugünkü günümüzün iç üzüdür, portretidir. Düzdür, portret sırf insana aid olan bir janrdır, amma elə Şuşanın da bir insan kimi dil açıb bizə “sizi gözləyirəm, gəlin” deməyi qalıb...

zaman.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR