Sumqayıtda iki aylıq uşaq oğurlandı
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda iki aylıq uşaq oğurlandı

Sumqayıt şəhərində iki aylıq körpə uşaq oğurlanıb. Şəhər Polis İdarəsinin Cinayət Axtarış Bölməsindən Publika.az-a verilən xəbərə görə, hadisə parkların birində baş verib. Uşaqlarını gəzməyə çıxaran 3 uşaq anası Aysel Əhmədova digər övladlarını yelləncəkdə əyləndirmək üçün 2 aylıq uşağını tanımadığı qadına saxlamağa verib.

Ananın başının qarışdığını görən qadın da körpə uşağı götürərək aradan çıxıb.

Çarəsiz vəziyyətdə qalan Aysel Əhmədova polsə məlumat verib.

Polis araşdırmalara başlayıb.

Hazırda uşağın tapılması istiqamətində tədbirlər davam etdirilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm