• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Küçədə qalan xəstə kişiyə icra hakimiyyəti sahib çıxdı

Küçədə qalan xəstə kişiyə icra hakimiyyəti sahib çıxdı

Qaradağ rayonu ərazisində xəstə halda küçədə qalan Nizami Qurbanov artıq xəstəxanaya yerləşdirilib. O, 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında müalicə edilir. Bu barədə Publika.az-a Qaradağ Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Artıq N.Qurbanovla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilib.

“Həmin şəxsin iş qabiliyyəti olması və yaşı onun qocalar evinə yerləşdirilməsində maneədir. O, Xəzər rayon sakini olsa da, xəstəxanadan çıxdıqdan sonra Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən işlə təminatı və digər problemləri diqqətdə saxlanılacaq”.

Xatırladaq ki, Qaradağ rayon sakinləri orta yaşlı kişinin küçədə yatması barədə anspress-ə məlumat vermişdilər. Araşdırma nəticəsində onun xəstə olduğu məlum olmuş və aidiyyatı orqanlar məlumatlandırılmışdı.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR