Gəncədə samovar oğruları yaxalandı
Bizi izləyin

Qırmızı.az

Gəncədə samovar oğruları yaxalandı

Gəncədə xeyir-şər mağarından samovar oğurlayan şəxslər saxlanılıb.

Gəncədə xeyir-şər mağarından samovar oğurlayan şəxslər saxlanılıb.

Yanvarın 16-da Elşən Eldəniz oğlu İsmayılov ərizə ilə polisə müraciət edərək bildirib ki, Üzeyir Hacıbəyov küçəsində yerləşən binanın xeyir-şər mağarından 730 manat dəyərində 2 ədəd samovar oğurlanıb.

Həyata keçirilən istintaq zamanı müəyyən edilib ki, oğurluğu 3 nəfər - Mehrab Mədət oğlu Hüseynzadə, Xəyal Rahil oğlu Kazımzadə və Emin Famil oğlu Əsədov təşkil edib.

Hazırda həmin şəxslər barəsində cinayət məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cinayət işi açılıb, polis adıçəkilən şəxslərin digər cinayətlərdə iştirak edib-etməməsini araşdırır. /Kəpəz tv/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm