Yol qəzasında iki nəfər öldü, maşın yandı
Bizi izləyin

Qırmızı.az

Yol qəzasında iki nəfər öldü, maşın yandı

Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində vətəndaşlara məxsus "Toyota" və "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

Nəticədə "VAZ" markalı avtomobilin yanar hissələri yanıb. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi "VAZ" markalı avtomobildə olan 2 nəfərin (kişi) meyidi əhali tərəfindən avtomobildən çıxarılıb. Digər avtomobil yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm