Azərbaycanda adı qırmızı kitaba düşən ağac aşdı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda adı qırmızı kitaba düşən ağac aşdı

Tovuzun Aşağı Öysüzlü kəndində adı qırmızı kitabda olan nəhəng çinar ağacı kökündən qırılaraq yaxınlıqdakı avtomobil təmiri sexinin üstünə düşüb.

Publika.az TTV-yə istinadən xəbər verir ki, hadisə gecə saat 01:00 radələrində baş verib. Yağışla müşayiət olunan güclü külək cəmi 5 dəqiqəyə ağacı aşıra bilib.

Təbii fəlakət zamanı xəsarət alan olmasa da ərazidən keçən elektrik naqillərinə və sexə böyük ziyan dəyib. Zərərçəkən Sərvan Abbasov hadisəylə bağlı belə deyir: "Maşın var idi düzələsi. Onu düzəltdim yenicə uzaqlaşmışdım ki, möhkəm külək əsdi. Hiss elədik ki, nə isə oldu. Elə bildik zəlzələdir. Geri qayıdıb gəlib baxdıq ki, ağac aşıb."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm