Türkiyə səmasında qorxulu anlar: Pilot yatmış, köməkçisi isə...
Bizi izləyin

Qırmızı.az

Türkiyə səmasında qorxulu anlar: Pilot yatmış, köməkçisi isə...

Bu gün Türkiyə hava məkanında qorxulu anlar yaşanıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, türk hava sahəsinə daxil olan sərnişin təyyarəsinin pilotu yatıb.

Təyyarədəki 300 sərnişinin xilas edilməsi isə Ankaradakı nəzarət qülləsi sayəsində mümkün olub.
Təyyarə Hindistanın ən prestijli hava yolu şirkətlərindən olan “Jet Airways”a məxsus olub. “Boeing 777-300” tipli sərnişin təyyarəsi Hindistanın Mumbay şəhərindən Belçikanın paytaxtı Brüsselə uçurdu.

Pilotunun yatdığı təyyarə hündüylüyünü sürətlə itirib. Təyyarə 10 kilometr hündürlükdən uçmalı olsa da, 1500 metr daha alçaqdan uçması Ankaradakı nəzarət qülləsinin diqqətindən yayınmayıb. Təyyarəyə təcili çağırış göndərən türk səlahiyyətlilər bunun səbəbini soruşub.

Başı başqa bir şeyə qarışan köməkçi pilot yatan pilotu qaldıraraq təyyarənin normal uçuşa qayıtmasını təmin edib.

Hadisədən sonra Hindistan Mülki Aviasiya Mərkəzi istintaqa başlayıb. Mərkəz istintaqın başa çatmasına qədər sərnişin təyyarəsinin pilotu və köməkçisini uçuşlardan kənarlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm