Bakıya BMT ekspert qrupu gəlir
Bizi izləyin

Qırmızı.az

Bakıya BMT ekspert qrupu gəlir

BMT-nin biznes və insan haqları üzrə mütəqil ekspertlərdən ibarət qrupu ilk dəfə olaraq Azərbaycana səfər edəcək.

ANS PRESS-in məlumatına görə, avqustun 18-27-si olacaq səfər zamanı qrup burada hakimiyyət və vətəndaş cəmiyyətininin nümayəndələri ilə görüşəcək, biznes fəaliyyətinin insan haqlarına təsirini öyrənəcək. BMT-nin Biznes və İnsan Haqları üzrə qrupunun üzvü Puvan Sevanathan deyib ki, neft ölkəsi Azərbaycan sürətli iqtisadi inkişafa nail olub. İqtisadiyyatda özəl şirkətlərin rolu artıb. Bizneslə əlaqəli insan haqları pozuntularının qabağını almaqda Azərbaycan spesifik sınaqlar və imkanlarla üzləşir.

Azərbaycan hökumətinin dəvəti ilə gələn ekspertlər Bakıda və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə olacaqlar.

Qeyd edək ki, bu qrup 2011-ci ildə yaradılıb. Qrupun üzvləri BMT işçiləri deyillər və öz işlərinə görə maaş almırlar. Qrup yalnız BMT-nin insan haqları Şurasına və BMT Baş məclisinə hesabat verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm