Bu günün tarixi - 15 avqust
Bizi izləyin

Qırmızı.az

Bu günün tarixi - 15 avqust

Miladi: 15 avqust 2014
Hicri: 18 şəvval 1435

İlin 226-ci günü
İlin sonuna 139 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.33
Günəş - 06.50
Zöhr - 13.49
Əsr - 18.13
Məğrib – 20.55
İşa – 22.23

1769-cu ildə Fransa imperatoru Napoleon Bonapart anadan olub

1784 - Görkəmli şair, Azərbaycanın realist və satirik poeziyasının banilərindən biri Qasım bəy Zakir (1784-1857) Şuşada anadan olmuşdur.

1867 - Cənubi Azərbaycan türklərinin mübariz lideri Səttərxan (1867-1914) anadan olub. 1905-1911-ci illərdə İranda şah üsul-idarəsinə qarşı Məşrutə (Konstitusiya) inqilabına rəhbərlik edən Səttərxan təkcə Cənubi Azərbaycanda deyil, bütün İranda adı ehtiramla anılan tarixi şəxsiyyətdir. Məşrutə inqilabında oynadığı rola görə Səttərxan İranda şah rejimi devriləndən sonra "Milli sərdar" adına layiq görülüb. 1914-cü ildə terror nəticəsində qətlə yetirilib.

1905 - Rusiyanın Nijni-Novqorod şəhərində Ümumrusiya müsəlmanlarının I qurultayı başlanıb. Azərbaycanlıların da təmsil olunduğu qurultayın məqsədi Rusiya Dumasına nümayəndələrin seçilməsi idi. Qurultayda "Rusiya imperiyasında müsəlmanların vəziyyəti və problemləri" mövzusunda əsas məruzə ilə Əlimərdan bəy Topçubaşov çıxış edib.

1906-cı ildı Azərbaycan müəllimlərinin I qurultayı keçirilib

1914-cü ildə Panama kanalından ilk gəmi keçib

1925-ci ildə türk aktyoru Münir Özkul (Mahmud hoca) anadan olub

1926-cı ildə Xalq şairi Qabil dünyaya gəlib

1935-ci ildə Hitler almanlarla yəhudilərin ailə qurmasını qadağan edib

1962-ci ildə türk futbolçu və idman şərhçisi Rıdvan Dilmən anadan olub

1965-ci ildə Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı anadan olub

1972-ci ildə amerikalı aktyor Ben Afflek anadan olub

1983-cü ildə rus musiqiçi Timati anadan olub

1992-ci ildə Azərbaycanın milli pul vahidi - manat dövriyyəyə buraxılıb

1994-cü ildə Azərbaycan Respublikası Sinqapur ilə diplomatik əlaqələr qurub

Oxumağa davam et
Reklam
Reklam

Gündəm