Xanım sürücü qəza törətdi: 3 yaralı
Bizi izləyin

Qırmızı.az

Xanım sürücü qəza törətdi: 3 yaralı

Gecə paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

ANS PRESS-in məlumatına görə, qəza nəticəsində 21 yaşlı xanım sürücü Xuraman Mənsimova baş nahiyəsindən xəsarət alaraq şahidlərin köməyilə xəstəxanaya çatdırlıb.

Avtomaşında olan digər iki sərnişin isə yüngül xəsarət aldığından onlara hadisə yerindəcə ilkin tibbi yardım göstərilib.

Baş vermiş qəza ilə əlaqədar hadisə yeinə Nəsimi Rayon Yol Polis İdarəsinin əməkdaşları cəlb olunub. Yol kənarındakı taxta löhvələrə çırpılan avtomaşın evakuator vasitəsilə ərazidən uzaqlaşdırlıb

Qəzanın dəqiq hansı səbəbdən baş verdiyi isə sürücünün dindirilməsindən sonra məlum olacaq.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm