Öldürdüyü qadınla 4 gün eyni evdə yaşadı
Bizi izləyin

Qırmızı.az

Öldürdüyü qadınla 4 gün eyni evdə yaşadı

Türkiyənin Uşak şəhərində dünən gecə ortaya çıxan qətl hadisəsinin şübhəlisi 4 gün boyunca cəsədlə eyni evdə yaşayıb.

ANS PRESS-in məlumatına görə, 5 gün əvvəl Gülnar Moldaxanovanı (36 yaş) boğaraq öldürdüyü iddiasıyla dünən gecə nəzarətə alınan 58 yaşında qatil bu gün çıxarıldığı məhkəmə qərarı ilə həbs olunub. Şübhəli Gülnar Moldaxanova ilə bir müddətdir birlikdə yaşadıqlarını, hadisə günü mübahisə zəminində cinayəti işlətdiyini etiraf edib.

Lakin polisləri daha bir fakt təəccübləndirib. Qatilin verdiyi ifadəyə görə, o öldürdüyü qadının cəsədi ilə 4 gün eyni evdə yaşayıb. Cəsədin isti hava səbəbiylə qoxular gəlməsini hiss edib və nə edəcəyini bilmədiyi üçün, qoxu yayılmasın deyə üzərini yorğanla örtüb.

Hadisəni büruzə verən də elə cəsədin küçəyə dağılan qoxusu olub. Küçədəki sakinlər dünən axşam saatlarında evdən pis qoxular gəldiyini şikayət etdikdən sonra, təhlükəsizlik qüvvələri evə giriblər.

Polisin verdiyi məlumatda qeyd edilir ki, onlar evin qapısını döydükdə adının açıqlanmadığı qatil onlara qapını özü açıb. Polislər ondan vəziyyəti soruşduqda, qatil pis qoxunun evdə bişirdiyi yeməklə əlaqədar olduğunu bildirib. Heç bir pis yemək qoxusu ilə müqayisə olunmayan üfunətlə polis tanış olmaq istədikdə isə öldürülən Moldaxanovanın cəsədini tapıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm