AMEA-da Cavad Heyətlə vida mərasimi keçiriləcək
Bizi izləyin

Qırmızı.az

AMEA-da Cavad Heyətlə vida mərasimi keçiriləcək

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Əsas binasının Dairəvi zalında görkəmli alim və ictimai xadim, dünya şöhrətli cərrah, Paris Beynəlxalq Cərrahlar Akademiyasının həqiqi üzvü Cavad Heyətlə vida mərasimi keçiriləcək.

Bu barədə Publika.az-a AMEA-nın mətbuat xidmətindən məlumat verilib.

Mərasim saat 12:00-dən etibarən başlanacaq, mərhum Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Cavad Heyət 1925-ci il mayın 24-də Təbriz şəhərində anadan olub. Avqustun 12-də Bakıda vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm