“Yüz minlərlə pulu yemisiniz”- QRANT QALMAQALI
Bizi izləyin

Qırmızı.az

“Yüz minlərlə pulu yemisiniz”- QRANT QALMAQALI

Hüquq müdafiəçiləri arasında qrant qalmaqalı yaranıb.

Publika.az xəbər verir ki, Vətəndaşların Müdafiə Liqasının sədri Sahib Məmmədov hüquqşünas Əsabalı Mustafayevi yüzminlərlə qrantı mənimsəməkdə ittiham edib.

O, öz “facebook” səhifəsində bu barədə yazıb: “Əsabalı bəy, cəmiyyətdə kimə etimadın olub olmamasını Siz müəyyən etmirsiniz. Əksinə bu gün sizlər etimadı itirmisiniz. Avropa Məhkəməsinə hazırladığınız (layihə çərçivəsində) şikayətlərə görə qurbanlarla borc müqaviləsi bağlamağınızı, xanımınızın, oğlunuzun adına QHT açıb yüz minlərlə vəsaiti mənimsəməyinizi də bilirik. Mövzunu davam etdirə bilərik.

Amma sussanız yaxşıdır. Etimad etmədiyiniz adamlardan biri kimi illərdir məndən xahişlər edirsiniz. Yadınıza bəzi şeyləri sala bilərəm”.
Daha sonra o, qeyd edib ki, , Mustafayev işçi qrupuan düşmək üçün gecə gündüz hökumətə yalvarır.


Ə. Mustafayev S. Məmmədova cavabında onu bəzi məsələlərdən yararlanmaqda ittiham edib: “Belə isterikaya düşməyinizin səbəbini heç anlamadım. Mənim və həmkarlarımın üzərinə hücum etmək indi dəstəklənir, yəqin Siz də bundan yararlanmaq istəyirsiniz. Bəli, mənim həyat yoldaşım məndən də əvvəl QHT yaradıb və məndən də qabaq qeydiyyatdan keçirib. O təşkilatın illərlə qrantı olmur. Bu il ümumiyyətlə qrant almayıb, keçən il bir qrant alıb, o da Dəstək Şurasından cəmi 5,5 min manat məbləğində. Mənim rəhbərlik etdiyim təşkilat fəaliyyət göstərdiyi 9 il ərzində aldığı qrant məbləği sizin son iki ildə ancaq USAİD-dən aldığınız qrant məbləğindən də azdır.

Bəli, mən Avropa Məhkəməsinə işləri hazırlayarkən imkansız müştəri ilə müqavilə bağlayıram ki, hüquqi yardım üçün xərclər məhkəmədə uğur qazanılandan sonra ödəniləcək. Heç bir layihədə şikayətlərin Avropa Məhkəməsinə hazırlanması üçün xərclər nəzərdə tutulmayıb. Bəlkə Sizin layihələrdə ayrı cürədir, onu siz bilərsiniz. Mən başa düşmürəm ki, mənim və ya digər vəkilin işçi qrupuna daxil edilmə istəyi sizi nə üçün belə narahat edir. Mən yalvararaq ora düşsəm nə uduram? Orada pul və ya imtiyazlar paylanır? Əgər belədirsə, əmin edirəm ki, əgər təsdüfən mən həmin qrupa düşsəm bütün pullardan və imtiyazlardan sizin xeyrinizə imtina edəcəyəm”.

S. Məmmədov isə Mustafayevə cavabında bildirib ki, USAİD onun layihəsini ləğv edib.

“USAİD layihəsini siz, bəzi kolleqalarınız və Xədicə (X. İsmayıl-jurnalist-red) o qədər əleyhinə çıxış etdiniz ki, onu nəinki ləğv elədilər, hətta 100 000 dollar borcu da geri qaytarmadılar. Onun 16 000 dolları mən şəxsən cibimdən xərcləmişdim. BMT-yə Alternativ hesabat, Cenevrəyə səfər, rayonlarda tədbirlər və s. Bizim büdcə heç vaxt 50-60 000 keçməyib. Sizi təbrik edə bilərəm. ARC layihəsini kollektiv səylərinizlə dayandırdınız. Amma o pul heç sizə də çatmayacaq. Ondan bundan donos yazmaqla pul qazananlar axırda qusur”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm