
Bu gecə Azərbaycanın müxtəlif bölgəsində iki intihar hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, Gədəbəydə 19 yaşlı gənc intihar
edib.
Bu gecə Gədəbəy rayonunun Çaldaş kənd sakini 19 yaşlı İlkin Müqabil
oğli Zeynalov yaşadığı evin zirzəmisində asılmış halda tapılıb.
Digər oxşar hadisə Ağsu rayonunda olub. Rayonun Bozavand kəndində
yaşayan 23 yaşlı Lalə Ayəddin qızı Lətifova asılmış halda
tapılıb.
İlkin ehtimala görə, hər iki gənc intihar edib.
Hər iki fakta görə cinayət işi başlanıb, araşdırma aparılır.