Bu xəstəxana ötən ay 7 adam öldürüb – FOTO
Bizi izləyin

Qırmızı.az

Bu xəstəxana ötən ay 7 adam öldürüb – FOTO

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyevlə bağlı şok faktlar üzə çıxıb.

Xəstəxananın haqsız yerə işdən çıxarıldığını iddia edən mühafizə xidmətinin 12 nəfər işçisi Axar.az-a baş həkimin qanunsuz əməllərini sübut edəcək sənədlər təqdim ediblər.

Onların sözlərinə görə, mediada baş həkimlə bağlı gedən yazılardan sonra Y.Əliyevin köməkçisi mühafizəçilərlə əlaqə saxlayıb və yazıların dayandırılmasını istəyib:

“Baş həkimin köməkçisi bizə bildirdi ki, yazıları dayandırın, bir həftə ərzində əməkhaqlarınız veriləcək. 3 aydır bu sözləri eşidirik. Bir həftə ərzində maaşlarımızı verəcəklərini demişdilər, ancaq hələ də bir səs-soraq yoxdur”.

İşdən çıxarılan 12 nəfər Qarabağ müharibəsi veteranı, şəhid ailələri və müharibədə iştirak etmiş döyüşçülərdir. Baş həkimin ümumilikdə 14 min 400 manat pul borclu olduğu 12 nəfər mühafizə işçisi özlərinə qarşı haqsızlığa əvəz olaraq baş həkimi ifşa edən sənədlər təqdim ediblər.

Qanunsuz dayanacaq

Onların sözlərinə görə, xəstəxananın həyəti qanunsuz şəkildə dayanacaq kimi istifadə edilir. Burada maşın saxlayan həkimlər aylıq ödəyirlər, xəstə yanına gələn qohumlar isə saatına görə. Ödəniş edirlər: yığılan vəsait xəstəxananın direktoru və baş həkiminə çatır.

Dayanacaqdan istifadə edərək aylıq pul ödəyən şəxslərin adları və avtomobil nömrələri də məlumdur (Siyahı əlavə olunur).

Bir aya 7 ölüm

Mühafizəçilərin təqdim etdiyi növbəti sənəd isə daha dəhşətli faktı əhatə edir: hər gün keçirilən əməliyyatların cədvəlindən ibarət qovluqda təkcə ötən ay ərzində xəstəxanada anjo-stenddən 7 nəfərin öldüyü əks olunub:

“Ötən ay xəstəxanada əməliyyatdan çıxmayan xəstələr Kərimov Firdovsi, Əlizadə Nicat, Hüseynov Ənvər, Kərimova Solmaz, Babacan Arif, Ağayeva Rüxsarə və Həci adlı şəxsdir. Əməliyyatdan sağ çıxmayan bu şəxslərin qohumları baş həkimə hücum edən zaman aranı sakitləşdirmək üçün bizi çağırıblar. Dəfələrlə o xəstəxanada xəstə yaxınları ilə davalar olur. Çünki əməliyyata girən xəstələrin əksəriyyəti sağ çıxmır”.

Xatırladaq ki, xəstəxananın mühafizə xidmətinin keçmiş əməkdaşları baş həkim Yusif Əliyevin Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində özbaşınalıqla məşğul olması ilə bağlı prezidentə şikayət məktubu ünvanlayıblar. Onlar baş həkimin öz maraqlarına xidmət edən, dövlət qeydiyyatına alınmayan və qanunsuz fəaliyyət göstərən mühafizə xidməti yaratdığını, xəstə yaxınlarından pul istəməsini, xəstəxanada xəstə alveri etdiyini, aptek və firmalarla faizə işlədiyini bildiriblər.

Davamı olacaq…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm