Elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı alınır
Bizi izləyin

Qırmızı.az

Elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı alınır

Sabirabad Elektrik Şəbəkəsinin xidməti ərazisində “Elektrik enerjisindən istifadə qaydaları”na riayət olunmasının yoxlanılması məqsədilə reydlər davam etdirilir.

Sabirabad Elektrik Şəbəkəsinin xidməti ərazisində “Elektrik enerjisindən istifadə qaydaları”na riayət olunmasının yoxlanılması məqsədilə reydlər davam etdirilir.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən bildiriblər ki, reydlər zamanı ötən ilin dekabr ayında şəbəkənin xidməti ərazisində 400-dən artıq elektrik enerjisindən istifadə qaydalarının pozulması faktı aşkar edilmişdir. Faktlarla əlaqədar akt tərtib olunmuş, 1 milyon 176,2 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 70,6 min manata yaxın istehlak dəyəri bərpa edilmiş, bu məbləğin də 82 faizə yaxın hissəsinin ödənişi təmin olunub.

Ümumilikdə, 2013-cü il ərzində keçirilmiş reydlər zamanı 2800-ə yaxın istehlakçının sayğac-uçot komplektində qüsur aşkar edilmiş, 9 milyon 910,6 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 594,6 min manatdan çox istehlak dəyəri bərpa olunmuşdur. Bu məbləğin 86 faizdən artıq hissəsinin ödənişi təmin edilib.

Qayda pozuntuları arasında elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə hallarına da rast gəlinmişdir, bu cür hallar daha çox əhali istehlakçı qrupunda aşkar olunub. /Azertac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm