• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Səhiyyə Nazirliyindən "EBOLA" əmri

Səhiyyə Nazirliyindən "EBOLA" əmri

Afrikanın qərbində yayılmış ebola virusu ilə əlaqədar Azərbaycanda profilaktik işlərin gücləndirilməsi ilə bağlı səhiyyə nazirinin müavini Abbas Vəlibəyov əmr imzalayıb.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Publika.az-a verdiyi məlumata görə, əmrdə nazirliyin əlaqədar idarə, müəssisə və gigiyena, epidemiologiya mərkəzlərinin rəhbərlərinə virusun yayılma təhlükəsi ilə bağlı xəbərdaredici məlumatlar verilib.

Həmçinin bildirilib ki, xəstəlik faktı aşkarlanan şəxslər barədə dərhal Taun Əleyhinə Stansiyaya məlumat verilməli, tibb məntəqələri tükənməyən tibbi ehtiyatla təmin edilməli, müəssisələrdə dezinfeksiya işləri gücləndirilməlidir. Həmçinin xəstəlik aşkarlanan şəxslər ailə mühitindən kənarlaşdırılmalı, onların müalicə və müayinəsi üçün lazımi tədbirlər görülməlidir. Xəstəlik aşkarlandığı dövrdə xəstəxanalar və tibb müəssisələrində dezinfeksiya işləri gücləndirilməlidir.

Əmrdə o da bildirilib ki, ebola virusu ilə əlaqədar sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqələr yaradılmalıdır. Bundan başqa, ebola virusunun aşkarlandığı ölkələrdən gələn vətəndaşlar tibbi müşahidəyə götürülməsi üçün şərait yaradılmalıdır.

Xatırladaq ki, Afrikanın qərbində yayılan ebola virusundan bu günə qədər 1069 nəfər ölüb, 1975 nəfər isə xəstəliyə yoluxub.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR