Növbəti dörd gün hava əlverişsiz olacaq - XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

Növbəti dörd gün hava əlverişsiz olacaq - XƏBƏRDARLIQ

Avqustun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Cənub küləyi əsəcək. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun gecə 22-26, gündüz 34-39 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Avqustun 16-dan ikinci ongünlüyün sonunadək Bakıda və Abşeron yarımadasında havanın yüksək temperatur rejimi fonunda zəif küləklərin üstünlüyü, əsasən səhər və axşam saatlarında havada rütubətliyin çox olması və yaranan durğun hava şəraiti güclü isti temperatur diskomfortuna səbəb ola bilər. Bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə xüsusilə əlverişsizdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm