• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Elgiz: “Oğurlanan mənim uşağımdır” – Özəl

Elgiz: “Oğurlanan mənim uşağımdır” – Özəl

Avqustun 13-də Sumqayıt şəhərində 29-cu məhəllə, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb. Sumqayıt Şəhər Polis İdarəsində ananın izahatı alınıb.

Bu məsələdə ANS-in aparıcısı Elgizin də adı hallanıb. Teleqraf.com-un Aysel Əhmədovanın qonşularından əldə etdiyi məlumata görə, baş verən hadisədən sonra aparıcı Elgiz Əkbər ikiaylıq körpənin oğurlanması faktı ilə bağlı istintaqa çağırılaraq dindirilib.

Bu məsələ ilə bağlı Elgiz Publika.az-ın suallarını cavablandırıb.

- Elgiz, bu, nə məsələdir, adın uşaq oğurluğunda hallanır?

- İnan ki, şokdayam, özümə gələ bilmirəm. Əsəb sarsıntısı keçirirəm. O uşağı mənəvi uşağım sayıram, hesab edirəm ki, mənim uşağımı oğurlayıblar. Uşağı oğurlanan ata necə olarsa, mən də o haldayam.

- Səncə, uşağı kim oğurlayıb?

- O qadını istintaq artıq müəyyən edib, şəkli də onlarda var. Əslində, o qadın əvvəldən bunu planlaşdırıbmış. Mən ona üzümü tutub demək istəyirəm ki, ortaya çıx, cəzan yüngülləşər. Əks halda, vəziyyətin pis olacaq. Mən güman edirəm ki, o, uşaq alverçisidir. O qadına demək istəyirəm ki, onsuz da, pulun batacaq, bəri başdan uşağı geri gətir.

- Eştdik, səni də istintaqa çağırıblar?

- Yox, hüquq mühafizə orqanlarından mənim yanıma gəldilər. ANS-də məndən izahat aldılar. Mən özümdə olan bütün məlumatları onlara verdim. O qadın, əslində, verilişimə gəlirdi, amma üzünü göstərmirdi. Deməli, əvvəldən işini planlaşdırıbmış. Özünü buna görə də cəmiyyətə təqdim etmək istəmirmiş. Gəlirdi telekanala, pilləkənin altında dayanırdı, üzünü göstərmirdi.

- Uşağın anasında günah görürsən?

- Yazıq qadında heç bir günah yoxdur. Onun durumu bu saat çox pisdir. Mən ondan da betərəm.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR