Kamal Abdullayev Bilik Fondunun nümayəndələri ilə görüşdü
Bizi izləyin

Qırmızı.az

Kamal Abdullayev Bilik Fondunun nümayəndələri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndə heyətinin Himayəçilik Şurasının üzvü Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevlə növbəti görüşü keçirilib.

Publika.az-ın məlumatına görə, görüşdə Bilik Fondunun “Qardaşlaşmış məktəblər” və “Dini abidələrdə tarixin izləri” layihələrinin gedişi barədə fikir mübadiləsi aparılıb.

Fondun icraçı direktoru Oktay Səmədov “Qardaşlaşmış məktəblər” layihəsinə cəlb olunan bölgələr, layihə çərçivəsində keçiriləcək tədbirlər - dəyirmi masalar, viktorinalar, ekskursiyalar, nəzərdə tutulan perspektiv planlar haqqında ətraflı məlumat verib.

K.Abdullayev qardaşlaşmış məktəblərin şagirdləri arasında bir çox sahələrdə - elm, idman, mədəniyyət, intellektual, texnoloji əlaqələrin ilboyu inkişafına xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayıb. Təkcə tədrisdə uğurları ilə fərqlənənlərə deyil, zəif şagirdlərə də həssaslıqla yanaşmağı, həvəsləndirici tədbirlər görməyi tövsiyyə edib.

Görüşdə “Dini abidələrdə tarixin izləri” layihəsi üzrə Bərdə imamzadəsində aparılan ilkin işlərin alimlər, yerli ictimaiyyət, o cümlədən Bərdə ziyalıları arasında maraqla qarşılandığı bildirilib. Layihənin geniş elmi, arxeoloji araşdırmalara təkan verə biləcəyi deyilib.

Bilik Fondunda "Docendo discimus”, "Ustad və şəyird", "Azərbaycan elmi bu gün xaricdə", "Dünya elmi bu gün Azərbaycanda", "Fondun xarici nümayəndəliklərinin yaradılması", "Epizodlar", "Auditoriya +" və s. layihələr üzərində iş gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm