
Bakıda şadlıq evində partlayış olub, xəsarət alanlar var.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Nizami rayonunda vətəndaşa məxsus şadlıq evinin ərazisində məişət qaz balonunda partlayış baş verib.
Nəticədə ərazidə 2 kv.m sahədə taxta qırıntıları yanıb. Partlayış zamanı ərazidə olan 2 nəfər işçi müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hər birinin həcmi 50 litr olmaqla 4 ədəd məişət qaz balonu və tikililər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 14:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.