Millət vəkili Ağdamda müəllimlərlə görüşdü
Bizi izləyin

Qırmızı.az

Millət vəkili Ağdamda müəllimlərlə görüşdü

Millət vəkili Qənirə Paşayeva ön cəbhədə yerləşən Ağdam kəndində bütün müəllimləri ziyarət edib və hökumətdən kənd məktəbinin əsaslı təmirini xahiş edəcəyini deyib.

Millət vəkili Qənirə Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən və Ermənistan tərəfindən atəşkəsin tez-tez pozularaq evlərin və mülkü vətəndaşların hədəfə alındığı Ağdam kəndində bütün müəllim ailələrini ziyarət edib, söhbət edib, qayğı və problemlərlə maraqlanıb. Ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu söyləyən millət vəkili Qənirə Paşayeva kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək ön cəbhədə gənclərimizin təhsill, savadlı və eyni zamanda vətənpərvər yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayıb.

Müəllimlərlə görüşdə millət vəkili Qənirə Paşayeva başa çatmış dərs ilinin nəticələri, kənddə tələbə adını qazanan gənclərin sayı, onların göstərdiyi nəticələr ilə maraqlanıb və gələn tədris ili bağlı müəllimlərin fikir və qayğılarını da dinləyib. Millət vəkili Qənirə Paşayeva bu il 11-ci sinifi bitirən şagirdlər arasında özəlliklə hərbi məktəblərə üz tutanların sayının kənddə artmasını xüsusi qiymətləndirib və tələbə adını qazanmış gəncləri ayrıca təbrik edəcəyini vurğulayaraq, teknikoma, peşə məktəblərinə üz tutan gənclər və onların göstəriciləri ilə də maraqlanıb. Gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayan millət vəkili Qənirə Paşayeva gənclərin yetişməsində əməyi olan müəllimləri xüsusi təbrik edərək gələn il göstəricilərin bundan daha da yaxşı olacağına inandığını deyib.

Məktəbin vəziyyəti ilə də maraqlanan millət vəkili Qənirə Paşayeva Ağdam kəndinin məktəbinin əsaslı təmirə ehtiyacı olduğunu bildirərək bununla bağlı Təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi xahiş və müraciət edəcəyini deyib. Ağdam kəndinin ön cəbhədə yerləşən qəhrəman kəndlərimizdən biri olduğunu vurğulayan millət vəkili bu müraciətə müsbət yanaşılacağına ümid etdiyini də vurğulayıb. Millət vəkili kənddə eyni zamanda bir sıra gənclərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb. Millət vəkili onlara öz kitablarını imza ilə hədiyyə də edib. Qənirə Paşayeva kəndə səfər zamanı bir sıra seçiciləri də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.

Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib. Seçiciləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib.

Azərbaycanın xarici siyasət uğurları ilə bərabər daxili siyasətdə də əldə etdiyi uğurlara toxunan millət vəkili Qənirə Paşayeva son illərdə ölkəmizdə aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da yaxşılaşmasından danışıb və cənab Prezident İlham Əliyevin göstəriş və tapşırıqları ilə Tovuzda insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və nəzərdə tutulan layihələr, işlər barədə də ətraflı məlumatlar da verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm