Samuxda heyvanlar arasında xəstəlik yayılıb
Bizi izləyin

Qırmızı.az

Samuxda heyvanlar arasında xəstəlik yayılıb

Samuxda heyvanlar arasında “Nodulyar dermatit” xəstəliyi müşahidə edilir. Xəstəliyin əlamətləri aşkarlanan heyvanlarda simptomatik müalicə aparılır.

Bu sözləri Publika.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Hazırda iki baş heyvanda xəstəlik aşkarlanıb. Bizə verilən ilkin məlumatlara görə, həmin heyvanlar Ağdaş rayonundan gətirilib. Ehtimal ki, həmin heyvanlardan yoluxma olub. Artıq həmin heyvanlarda müalicə, digərlərin profilaktik, dezinfeksiya tədbirləri aparılır.

Qeyd edək ki, bir müddət əvvəl dörd rayonda heyvanlar arasında “Nodulyar dermatit” xəstəliyi yayılıb. Həmin rayonlardan heyvanların kənara çıxarılmasına məhdudiyyət qoyulmuşdu. Bu məhdudiyyətə baxmayaraq heyvanların digər rayonlara aparılmasına gəldikdə, Y.Xanvəli bu barədə araşdırma aparıldığını dedi:

“Bu fakt tam təsdiq edilməyib ki, heyvanlar Ağdaşdan gətirilib. Sadəcə ilkin ehtimaldır. Heyvan sahibləri də heyvanın hardan gətirilməsini qəbul etmək istəmirlər. Xəstəliyin yayıldığı digər rayonlarda isə xəstə heyvanların sayı azalmaqdadır”.

Xatırladaq ki, bir müddət əvvəl heyvanlar arasında yayılmış “Nodulyar dermatit” xəstəliyi qansoran həşəratlar vasitəsilə yayılır. Heyvandan insana keçməsə də, heyvanlarda nəsil artım və süd vermək qabiliyyətini aşağı salır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm