Qırmızı.az
Dəniz limanlarının reyestri yaradılacaq
Azərbaycanda dəniz limanlarının dövlət reyestri yaradılacaq.
Trend-in məlumatına görə, bu, cümə günü Millli Məclisin İqtisadi
siyasət komitəsinin Parlamentin plenar iclasında müzakirə edilməsi
üçün tövsiyə etdiyi "Dəniz limanları haqqında" qanun layihəsində
nəzərdə tutulub.
Reyestrdə limanlar, onların texniki xarakteristikası, yükdaşıma
imkanları, həmçinin gəmi və sərnişinlərə xidmətin göstərilməsi
haqqında məlumatlar saxlanılacaq.
Liman bağlandıqdan sonra reyestrdən çıxarılır.
Qanun dəniz limanlarında ticarət gəmiçiliyi çərçivəsində
münasibətləri, onların tikintisini, açılmasını və bağlanılmasını,
limanlarda işi, həmçinin qaydalarını tənzimləyəcək. Qanuna dəniz
limanlarının fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin
əsasları daxil ediləcək.
Qanun, eyni zamanda, limanlarda gəmi agentlərinin, dəniz terminalı operatorlarının, daşıyıcıların, limanın infrastruktur obyektlərinin sahiblərinin fəaliyyətlərini, limanların fəaliyyətinin maliyyələşdirilməsi məsələlərini, həmçinin liman ərazisində dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsi şərtlərini və digər məsələləri əhatə edəcək.
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu